SOCAR “Super” markalı benzinin satış dairəsini genişləndirir

SOCAR “Super” markalı benzinin satış dairəsini genişləndirir

SOCAR “Super” markalı benzinin satış dairəsini genişləndirir.

OilGas.az “SOCAR PETROLEUM” QSC-yə istinadla xəbər verir ki, müştəriləri düşünərək və onlara daha əlverişli xidmətlərin göstərilməsi məqsədilə “Avro-5”, “SUPER” markalı yanacağı daha geniş tərkibdə satışını həyata keçirdəcəkdir. Bu yanacaq növünün satışı əvvəllər dar çərçivədə həyata keçirilirdi. Artıq böyük müştəri kütləsinin “SUPER” markalı yanacağa olan tələbatını nəzərə alaraq cəmiyyətimiz cari ilin sentyabr ayının 20-dən etibarən ölkəmizin yalnız yeddi müxtəlif ünvanlarında fəaliyyət göstərən “SOCAR” brendli yanacaqdoldurma məntəqələrində bu yanacaq növünü təklif edəcəkdir. Bundan başqa bir məsələni də diqqətinizə çatdırırıq ki, “SUPER” yanacağının satışı ölkəmizdə yalnız “SOCAR” brendi ilə fəaliyyət göstərən yanacdoldurma məntəqələrində həyata keçirilir. Sözü gedən yanacağın qiyməti bir litr üçün 1.30 AZN təşkil edir və xarici ölkədən idxal olunur.

Qeyd olunan yanacağın satışı həyata keçiriləcək yanacaqdoldurma məntəqələrinin ünvanlarını diqqətinizə təqdim edirik:

1 – Bakı-aeroport yolunun sağ tərəfi, keçmiş Sabunçi dairəsi yaxınlığı
2 – Bibiheybət məsçidinin yaxınlığı, yolun sağ tərəfi.
3 – Bakı-Quba yolunun 28-ci km-də, yolun sağ tərəfi.
4 – Aeroport-Bakı yolunun sağ tərəfi, Bakı Olimpia Stadionunun yaxınlığı.
5 – Babək prospekti, üzü şəhər istiqamətində.
6 – Ziya Bünyadov prospekti.
7 – Nobel prospekti.

OilGas.az

253 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ