“SOCAR Rus” yüksək sıxlıqlı polietilenin satışına başlayır – “Sankt-Peterburq” birjasında

“SOCAR Rus” yüksək sıxlıqlı polietilenin satışına başlayır – “Sankt-Peterburq” birjasında

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Rusiyadakı törəmə şirkəti olan “SOCAR Rus” “Sankt-Peterburq” birjasında yüksək sıxlıqlı polietilenin satışına başlayır.
Bu barədə “Report” birjanın məlumatına istinadən xəbər verir.
Məlumatda qeyd olunub ki, neft, neft-kimya məhsulları və mayeləşdirilmiş neft qazı (LPG) üzrə birja hərraclarının fəal iştirakçısı olan “SOCAR Rus” aprelin 7-dən etibarən “Azərkimya” İstehsalat Birliyinin istehsalı olan 15803-020 markalı yüksək sıxlıqlı polietileni alıcının məhsulu “Noqinski anbar kompleksi” ASC-dən nəqliyyat vasitəsilə özünün daşıması şərti ilə “Sankt-Peterburq” birjasında satışa çıxaracaq.

Oilgas.az

419 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ