SOCAR qazma işlərinin həcmini azaldıb

SOCAR qazma işlərinin həcmini azaldıb

Bu ilin yanvar-sentyabr aylarında SOCAR 119 min metrdən artıq qazma işi həyata keçirib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5% azdır.

SOCAR-dan Oilgas.az-a verilən məlumata görə, ötən dövr 53 quyu qazılaraq mədənçilərə təhvil verilib.

Xatırladaq ki, 2018-ci ilin yanvar-sentyabr aylarında SOCAR 122 min metr həcmində qazma işləri həyata keçirib.

27 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ