SOCAR qaz hasilatını azaldıb

SOCAR qaz hasilatını azaldıb

Bu ilin mart ayında SOCAR tərəfindən 504,4 min kubmetr qaz hasil edilib.

“APA-Economics” SOCAR-ın açıqladığı statistik rəqəmlərə istinadən xəbər verir ki, bu, ötən ilin analoji ayı ilə müqayisədə 7,92% azdır. Bu ilin fevral ayı ilə müqayisədə isə 12,09% çoxdur.

Bu ilin yanvar-mart aylarında ümumilikdə SOCAR tərəfindən 1 mln. 462,7 min kubmetr qaz hasil edilib ki, bu da 2016-cı ilin üç ayı ilə müqayisədə 8,31% azdır.

Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 508,3 min kubmetr, fevral ayında isə 450 min kubmetr qaz hasil edilib.

Bu ilin mart ayında bütün ölkə üzrə 2 mln. 201,3 min kubmetr qaz hasil edilib. Bu da 2016-cı ilin mart ayı ilə müqayisədə 14,78% azdır. Bu ilin fevral ayı ilə müqayisədə isə 0,94% azdır.

Bu ilin yanvar-mart aylarında ümumilikdə ölkədə 6 mln. 896 min kubmetr qaz hasil edilib ki, bu da 2016-cı ilin üç ayı ilə müqayisədə 7,70% azdır.

Qeyd edək ki, bu ilin yanvar ayında ölkə üzrə 2 mln. 472,4 min kubmetr, fevral ayında isə 2 mln. 222,3 min kubmetr qaz hasil edilib.

OilGas.az

387 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ