“SOCAR Polymer” şirkətinə yeni səhmdar daxil ola bilər

“SOCAR Polymer” şirkətinə yeni səhmdar daxil ola bilər

“SOCAR Polymer” MMC-yə yaxın vaxtlarda yeni özəl səhmdarın daxil olması nəzərdə tutulub.

OilGas.az xəbər verir ki, bunu “SOCAR Polymer” MMC-nin baş direktoru Fərid Cəfərov bildirib.

Lakin o, potensial səhmdarın adını açıqlamayıb. Baş direktor onu da qeyd edib ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “SOCAR Polymer” şirkətində payı 50%-dən aşağı düşməyəcək, yəni əsas nəzarət payı SOCAR-da qalacaq.

“SOCAR Polymer”in baş direktoru bildirib ki, hazırda şirkətdə SOCAR-dan başqa, “Vitol Black Sea V.L.L” (19%), “Paşa Holding” (10%), “Gilan Holding” (“Ecoland”) (10%), “Azərsun Holding” (5% civarında) paya malikdir.

Qeyd edək ki, “SOCAR Polymer” MMC Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək üçün 2013-cü ilin iyul ayında yaradılıb. Şirkət həmin il sentyabrın 23-də Sumqayıt Kimya Sənaye Parkının rezidenti qismində qeydə alınıb. “SOCAR Polymer” şirkəti dövlətlə özəl sektorun Azərbaycanda birgə yaratdıqları ilk tərəfdaşlıqdır. “Vitol Black Sea V.L.L” MMC “SOCAR Polymer” MMC-yə 2017-ci ildə daxil olub. Şirkət SOCAR-dan 19% pay alıb.

“SOCAR Polymer” layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksək Sıxlıqlı Polietilen Zavodu daxildir.

Bu il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə Polipropilen Zavodunun açılışı olub.Yüksək Sıxlıqlı Polietilen Zavodunun isə bu ilin IV rübündə istismara verilməsi gözlənilir.

34 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ