“SOCAR Polymer”: Polipropilen zavodunda işlərin 97,9 faizi tamamlanıb

“SOCAR Polymer”: Polipropilen zavodunda işlərin 97,9 faizi tamamlanıb

“SOCAR Polymer” layihəsi üzrə görülən işlərin böyük bir qismi yekunlaşıb.

OilGas.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

“Bu il istismara verilməsi planlaşdırılan “SOCAR Polymer” zavodlarında tikinti işləri yekunlaşmaq üzrədir. Belə ki, polipropilen zavodunda müxtəlif istiqamətlərdə işlərin 97,9 faizi, yüksəksıxlıqlı polietilen zavodunda isə 89,5 faizi tamamlanıb”, – deyə SOCAR bildirib.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının nəzdindəki “SOCAR Polymer” layihəsi üzrə işlər son mərhələyə keçib. “SOCAR Polymer” zavodunun 2018-ci ildə tam istismara verilməsi planlaşdırılır. Zavodda illik 120 min ton yüksək sıxlıqlı polietilen və 180 min ton polipropilen istehsalı nəzərdə tutulur. Paralel olaraq müəssisənin xammalla təmin edilməsi məqsədilə zəruri tədbirlər görülür. “Azərikimya”da yeni istehsalat bölmələri yaradılır, qurğular inşa edilir, mövcud avadanlıqlarda rekonstruksiya və modernləşdirmə işləri aparılır.

109 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ