SOCAR Novorossiysk limanından ixracı kəskin artırıb

SOCAR Novorossiysk limanından ixracı kəskin artırıb

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Novorossiysk limanından (Qara dəniz, Rusiya) 404 413 ton xam neft ixrac edib.
Oilgas.az SOCAR-a istinadən verdiyi xəbərə görə, I rüb ərzində şirkətin Novorossiysk limanından ixrac etdiyi xam neftin 244 635 tonu mart ayının payına düşüb. Bu göstərici isə ötən ilin mart ayında ixrac olunan həcmdən 3 dəfədən çoxdur.
Qeyd edək ki, Bakı-Novorossiysk kəməri xam neftin şimal istiqamətində nəqli üçün inşa olunub. Bu kəmərlə xam neft Rusiya ərazisindən keçməklə Novorossiysk limanına nəql olunur. Bununla bağlı müvafiq müqavilə 1996-cı il fevralın 18-də Moskvada imzalanıb. İlk neft 1997-ci il oktyabrın 25-də dünya bazarına çıxarılıb.

Oilgas.az

423 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ