SOCAR neft məhsullarının ayrılma prosesini təkmilləşdirir

SOCAR neft məhsullarının ayrılma prosesini təkmilləşdirir

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda inşa olunan yeni Susoyutma qurğusunun istismara verilməsindən sonra buradan “Ekol” Mühəndislik Xidmətləri QSC-nin mexaniki təmizləmə sahəsinə daxil olan çirkab sənaye sularının miqdarı kəskin azalıb.

SOCAR-dan OilGas.az-a verilən məlumata görə, sənaye sularında olan neft məhsullarının ayrılma prosesini daha da təkmilləşdirmək məqsədi ilə zavod tərəfindən təklif edilmiş yeni layihə üzrə tikinti-quraşdırma işlərinə başlanılıb.

Layihənin əsas məqsədi mexaniki təmizləmə sahəsinə müxtəlif istiqamətlərdən daxil olan bütün suları bir yerə yönləndirmək və kimyəvi reagentlər vasitəsilə sənaye sularını neft məhsullarından 3 mərhələdə təmizləməkdir. Bunun üçün istismarda olan mexaniki təmizləmə sahəsinin tutum və avadanlıqlarından istifadə etməklə yanaşı, reagentlərin saxlanılması və verilməsi üçün 3 ədəd çən, 1 ədəd qarışdırıcı, 2 ədəd su nasosu, hər bir reagentin verilməsi üçün dozalaşdırıcı nasoslar quraşdırılacaq.

Quraşdırma işləri “Neftqaztikinti” tresti tərəfindən həyata keçirilir.

OilGas.az

262 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ