“SOCAR Karbamid”də ilk məhsul avqustda istehsal olunacaq

“SOCAR Karbamid”də ilk məhsul avqustda istehsal olunacaq

“SOCAR Karbamid” zavodunda tikinti işləri sona çatmaq üzrədir və bir aydan sonra artıq sınaq-sazlama işlərinə başlanılacaq.

OilGas.az SOCAR-a istinadən xəbər verir ki, zavodda ilk məhsul – ammonyakın istehsalı bu ilin avqust ayına planlaşdırılır.

Cari ilin oktyabr ayında isə zavodun yekun məhsulu – azot gübrəsi (karbamid) istehsal olunacaq. İstehsal ediləcək karbamidin, təxminən, 150 min tonu daxili tələbatı tam təmin edəcək və nəticədə, Azərbaycanda gübrənin idxalına illik sərf olunan 55 mln. dollar vəsait ölkə daxilində qalacaq. Məhsulun qalan 450-500 min tonluq həcmi isə ixrac üçün nəzərdə tutulur, bu da ölkəyə əlavə valyuta vəsaitinin gətirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

140 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ