SOCAR iyulda 33 000 ton dizel yanacağı ixrac edib

SOCAR iyulda 33 000 ton dizel yanacağı ixrac edib

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2017-ci ilin iyul ayında 32 min 625 ton dizel yanacağı, 1 min 968 ton təyyarə yanacağı, 6 min 360 ton yüksək təzyiqli polietilen, 586 ton mütləqləşdirilmiş izopropil spirti, 2 min 976 ton maye piroliz qətranı, 2 min 504 ton propilen və 1 min 58 ton butilen butadien fraksiyası ixrac edib.

OilGas.az SOCAR-a istinadən xəbər verir ki, ümumilikdə, 2017-ci ilin yanvar-iyul ayları ərzində 348 min 180 ton dizel yanacağı, 26 min 54 ton təyyarə yanacağı, 117 ton soba mazutu, 54 min 171 ton yüksək təzyiqli polietilen, 6 min 405 ton mütləqləşdirilmiş izopropil spirti, 37 min 277 ton maye piroliz qətranı, 24 min 662 ton propilen və 16 min 378 ton butilen butadien fraksiyası ixrac edilib.

2017-ci ilin iyul ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün)-509,92 ABŞ dolları, təyyarə yanacağının-474,06 dollar, dizel yanacağının-435,01 dollar, 1 faizli kükürdlü mazutun-286,50 dollar, yüksək təzyiqli polietilenin-1163,75 dollar, butilen butadien fraksiyasının-515,66 dollar, maye piroliz qətranının-509,92 dollar, propilenin qiyməti-790 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti -1335 avro təşkil edib.

OilGas.az

 

210 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ