SOCAR istiqrazlarının növbəti faizləri ödəniləcək

SOCAR istiqrazlarının növbəti faizləri ödəniləcək

Aprelin 17-si SOCAR istiqrazlarının növbəti faiz ödənişi baş tutacaq.

“SOCAR Capital” şirkətindən OilGas.az-a verilən məlumata əsasən, həmin tarixdə SOCAR istiqrazları üzrə 2019-cu ilin ikinci faiz ödənişi həyata keçiriləcək. Hər istiqraz üçün 12,5 dollar olmaqla, ümumilikdə 1,25 mln. dollar vəsaitin bir həftə əvvəldən Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına köçürüləcəyi bildirilib.

SOCAR istiqrazlarının faizləri hər 3 aydan bir ödənilir. Dollarda illik 5% gəlir gətirən bu istiqrazların artıq sayca 10-cu faiz ödənişi ediləcək və bununla da, istiqraz sahiblərinin ümumi gəliri 12,5 mln. dollara yüksəlmiş olacaq.

Əsas xüsusiyyətləri SOCAR-ın nominal qiymətdən geri alma zəmanəti, likvidliyin yüksək olması, alğı–satqı əməliyyatlarının asanlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılması olan SOCAR istiqrazlarının təkrar bazar əməliyyatlarının ümumi həcmi hazırda 172 mln. dolları keçib və Bakı Fond Birjasında ən çox alınıb–satılan qiymətli kağızdır. 2019-cu ilin ilk rübündə 110-dan çox, ümumilikdə isə 1700 əqd bağlanıb.

1 və 5 saylı ASAN Xidmət mərkəzlərindən də əldə edilməsi mümkün olan və 5 illik müddətə buraxılan SOCAR istiqrazlarının 17 aprel tarixində ümumi faiz ödənişlərinin artıq yarısı yekunlaşmış olacaq və müddətin sonunda isə istiqraz sahiblərinin ümumi gəliri 25 mln. dollar təşkil edəcək.

127 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ