SOCAR İstiqrazları yenidən bahalaşır

SOCAR İstiqrazları yenidən bahalaşır

SOCAR İstiqrazlarına təkrar bazarda tələbat kəskin artıb

İstiqrazların təkrar bazarı üzrə marketmeykeri “PSG Kapital” şirkətindən OilGas.az-a verilən məlumata görə, hal-hazırda SOCAR İstiqrazlarını birjada 1010,17 dollara satmaq, 1013,50 dollara almaq olar.

Qiymət artımının səbəbi əhalinin istiqrazlara tələbatının artmasıdır.

Likvidliyi, yəni dərhal pula çevrilmək imkanı, yüksək gəlirliliyi,  SOCAR-ın geri alma zəmanəti, eləcə də, faizlərin qrafik üzrə vaxtında ödənilməsi istiqrazları cəlbedici yatırım vasitəsinə çevirib. Nəticədə, bu qiymətli kağızları almaq istəyən fiziki və hüquqi şəxslərin sayı artır.

SOCAR İstiqrazlarının təkrar bazarının başlamasından indiyədək 156 milyon dollardan çox istiqraz ticarəti edilib.

Əlavə olaraq, ötən ilin noyabr ayından SOCAR İstiqrazları ilə REPO əməliyyatlarınada start verilib.

REPO əməliyyatı mexanizmi SOCAR İstiqrazlarının sahiblərinə Bakı Fond Birjasında (BFB) istiqrazlarını girov qoyaraq, qısamüddətli və sərfəli şərtlərlə kredit imkanı verir.

İndiyədək qeyd olunan qiymətli kağızlarla27 milyon dollardan çox kredit götürülüb.

Nominal dəyəri 1000 dollar olan SOCAR İstiqrazlarının illik gəlirliliyi 5 faizdir.

Faizlər ildə 4 dəfə, 3 aydan bir ödənilir. Növbəti faiz ödənişi iyulun  17-də olacaq.

36 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ