SOCAR İranda reallaşdırılan neft-qaz layihələrində iştirak edə bilər

SOCAR İranda reallaşdırılan neft-qaz layihələrində iştirak edə bilər

SOCAR prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti İranın neft naziri Bijan Namdar Zənganə ilə görüşüb.

Oilgas.az SOCAR-ın saytına istinadən xəbər verir ki, İranda keçirilən görüşdə iki ölkə arasında neft-qaz sektorunda əlaqələrin cari vəziyyəti və perspektivləri müzakirə edilib, əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar olduğu bildirilib.

Tərəflər İranda həyata keçirilən neft-qaz layihələrində SOCAR-ın iştirakı, qaz ticarəti sahəsində əməkdaşlıq, üçüncü ölkələrdə birgə layihələrin mümkünlüyü ilə bağlı məsələləri nəzərdən keçiriblər, ətraflı fikri mübadiləsi aparıblar. Yekunda müzakirə olunan mövzular üzrə araşdırma və təmasların işçi qaydada davam etdirilməsi qərara alınıb.

Oilgas.az

405 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ