SOCAR-ın xəsarət alan əməkdaşlarının SON DURUMU

SOCAR-ın xəsarət alan əməkdaşlarının SON DURUMU

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Geofizika və Geologiya İdarəsinin iyunun 28-də seysmik kəşfiyyat işləri apararkən xəsarət alan əməkdaşlarının müalicə olunması üçün bütün zəruri olan tibbi xidmətlər göstərilir.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumilikdə Kliniki Tibbi Mərkəzə hadisə nəticəsində xəsarət alan 5 nəfər daxil olub. Xəstələrin 1-i reanimasiya, 2-si travmatologiya, 2-si isə neyrotravmatologiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, iyunun 28-də saat 13.50 radələrində Geofizika və Geologiya İdarəsinin əməkdaşları “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Arya 141” qayığı ilə N.Nərimanov adına NQÇİ-nin ərazisində seysmik kəşfiyyat işləri apararkən qayıq idarəetməni itirərək 34 saylı meydançanın ayağına toxunub. Nəticədə qayıqda olan 7 nəfərdən 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

OilGas.az

170 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ