SOCAR-ın qayığındakı partlayışda xəsarət alanlarla bağlı açıqlama

SOCAR-ın qayığındakı partlayışda xəsarət alanlarla bağlı açıqlama

Səhiyyə Nazirliyi dünən SOCAR-ın qayığında baş verən partlayış zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən 3 nəfərin vəziyyəti ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Oilgas.az-a verilən xəbərə görə, yaralılardan birinin müalicəsi reanimasiya şöbəsində davam edir və vəziyyəti ağır qiymətləndirilir, digər iki nəfər isə cərrahiyyə şöbəsində palataya köçürülüblər. Vəziyyətləri orta ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, oktyabrın 29-da saat 13:30 radələrində Gürgan qəsəbəsinin yaxınlığında dənizin dayaz hissəsində seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında partlayış baş verib.

Nəticədə SOCAR-ın əməkdaşlarından Məmmədov Habil Gülməmməd oğlu həlak olub, Vəliyev Azər Vaqif oğlu, Paşayev Bəhruz Rafiq oğlu və müqavilə əsasında xidmət göstərən qayıqçı Xəlilov Böyükağa Məmmədağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, təcili yardım maşını ilə 5 saylı şəhər xəstəxanasına çatdırılıblar.

Hazırda onların müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasında davam etdirilir.

***

Xəzər dənizində qayıqda baş verən partlayış nəticəsində xəsarət alan 3 nəfərdən 2-si palataya köçürülüb.

Mərkəzi Neftçilər Xəstəxanasından Oilgas.az-a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan Vəliyev Azər Vaqif oğlu və Paşayev Rafiq Bəhruz oğlunun vəziyyəti stabilləşib və onlar palataya köçürülüblər. Hadisə nəticəsində xəsarət alan digər yaralı Xəlilov Böyükağa Məmmədağa oğlunun isə vəziyyəti sabit ağır olduğundan müalicəsi reanimasiya şəraitində davam etdirilir.

Xatırladaq ki, oktyabrın 29-da saat 13.30 radələrində Gürgan qəsəbəsinin yaxınlığında dənizin dayaz hissəsində seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında partlayış baş verib.

Nəticədə şirkətin əməkdaşı Məmmədov Habil Gülməmməd oğlu həlak olub. Hadisə yerində olan Şirkətin əməkdaşları Vəliyev Azər Vaqif oğlu, Paşayev Bəhruz Rafiq oğlu və müqavilə əsasında xidmət göstərən qayıqçı Xəlilov Böyükağa Məmmədağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili yardım maşını ilə xəstəxanaya çatdırılıblar.

21 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ