SOCAR-ın neft məhsullarının saxlanıldığı bazada – YANĞIN (FOTOLAR)

SOCAR-ın neft məhsullarının saxlanıldığı bazada – YANĞIN (FOTOLAR)

Odessa yaxınlığında yerləşən “Svitanok” neft bazasında yanğın baş verib.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu bazada SOCAR, AMİK və OKKA şirkətlərinə məxsus neft məhsulları saxlanılır.

Neft bazasının işçiləri təxliyə olunub. Yanğının söndürülməsinə 15 ədəd texnika və 60 nəfər yanğınsöndürən cəlb olunub.

İlkin ehtimala görə, yanğın nəticəsində 2 nəfər xəsarət alıb. Onlardan biri benzin daşıyan maşının sürücüsü, digəri isə neft bazasının işçisidir.

SOCAR-ın Ukraynadakı törəmə şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, OKKA şirkətinə məxsus benzindaşıyan maşının doldurulması zamanı partlayış baş verib:

“Neft bazasının rezervuarları və çənləri zərər görməyib. Xəsarət alanlara lazımi yardım göstərilib”.

OilGas.az

247 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ