Kulevi terminalından nə qədər neft və neft məhsulu yola salınıb?

Kulevi terminalından nə qədər neft və neft məhsulu yola salınıb?

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan Kulevi Neft Terminalı cari ilin yanvar-iyun aylarında 0,8 mln. ton neft və neft məhsulu qəbul edərək yola salıb.

APA-nın yerli bürosu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə istinadla xəbər verir ki, hesabat dövründə ölkənin dəniz liman və terminalları 8,3 mln. ton yük emal edib.

2017-ci ilin ilk altı ayı ərzində Poti limanı 3,2 milyon, Batumi limanı 2,2 milyon, Supsa neft terminalı isə 2,1 milyon ton yük emal edib.

OilGas.az

239 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ