SOCAR-ın Kulevi terminalı neft və neft məhsullarının nəqlini artırıb

SOCAR-ın Kulevi terminalı neft və neft məhsullarının nəqlini artırıb

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan Kulevi Neft Terminalı neft və neft məhsullarının nəqlini artırıb.

OilGas.az “APA”ya istinadən xəbər verir ki, cari ilin yanvar-iyul aylarında terminal 1 mln. ton neft və neft məhsulu qəbul edərək yola salıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 mln. ton çoxdur.

Qeyd olunan dövrdə qonşu ölkənin dəniz liman və terminalları 9,6 mln. ton yük emal edib.

2017-ci ilin ilk yeddi ayı ərzində Poti limanı 3,7 milyon, Batumi limanı 2,5 milyon, Supsa neft terminalı isə 2,4 milyon ton yük emal edib.

OilGas.az

366 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ