SOCAR-ın iyul ayı üzrə ödənişlərini açıqlandı

SOCAR-ın iyul ayı üzrə ödənişlərini açıqlandı

Bu ilin iyul ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dövlət büdcəsinə 128,954 mln. manat vəsait ödəyib.

OilGas.az SOCAR-a istinadən xəbər verir ki, bu rəqəm ötən ilin iyul ayı ilə müqayisədə 1,755 mln. manat və ya 1,4% çoxdur. Ümumilikdə 2017-ci ilin yanvar-iyul aylarında SOCAR-dan büdcəyə 914,566 mln. manat vəsait ödənilib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 125,625 mln. manat və yaxud 15,9% çoxdur.

Bundan əlavə, ötən ay SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 2,959 mln. manat vəsait köçürüb. Bu isə 1 il əvvələ nisbətən 875 min manat və yaxud 7,2% çoxdur. Ümumilikdə bu ilin yanvar-iyul aylarında SOCAR-dan DSMF-yə ödəniş 87,251 mln. manat təşkil etdib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,635 mln. manat və yaxud 6,9% çoxdur.

OilGas.az

 

194 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ