SOCAR-ın binasında faciə

SOCAR-ın binasında faciə

Bakıda bədbəxt hadisə baş verib.

OilGas.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nərimanov rayonunda inzibati binanın liftində təmir işləri aparan 1991-ci il təvəllüdlü Əhmədov Orxan Şəhrab oğlu liftin şaxtasına yıxılıb.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri O. Əhmədovun cəsədini şaxtadan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, APA-nın məlumatına görə, hadisə SOCAR-ın Heydər Əliyev prospektində yerləşən yeni inzibati binasında qeydə alınıb.

OilGas.Az

242 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ