Qiymətli Kağızlar
-
TRYnan%
-
USDnan%
-
EURnan%
-
GBPnan%
-
RUBnan%
Qiymətli Metallar
-
Qızılnan%
-
Platinnan%
-
Gümüşnan%
-
Palladiumnan%
SOCAR-ın apreldə həyata keçirdiyi qazma işləri – 14 min metr
Bu ilin aprel ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 13 min 983 metr qazma işi həyata keçirilib.
Şirkətin mətbuat xidmətindən OilGas.az-a verilən məlumata görə, bu sahədə görülmüş işlərin 12 min 210 metri istismara, 1773 metri isə kəşfiyyata aid olub.
Ümumiyyətlə, cari ilin yanvar-aprel aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 49 min 596 metr qazma işi görülüb ki, bunun da 45 min 619 metri istismara, 3 min 977 metri isə kəşfiyyata aid olub.
Aprel ayında qazmadan alınmış 6, il ərzində isə 23 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.
OilGas.az
MÜZAKİRƏ