SOCAR I rübdə büdcəyə 134 mln. manat ödəyib

SOCAR I rübdə büdcəyə 134 mln. manat ödəyib

SOCAR tərəfindən 2017-ci ilin mart ayında dövlət büdcəsinə 133 mln. 985 min manat vəsait ödənilib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2016-cı ilin mart ayı ilə müqayisədə 24 mln. 737 min manat və ya 22,6% çoxdur.

Ümumiyyətlə, cari ilin yanvar-mart aylarında büdcəyə 396 mln. 643 min manat vəsait ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 71 mln. 513 min manat və ya 22% çoxdur.

Bundan əlavə, 2017-ci ilin mart ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 11 mln. 105 min manat vəsait köçürüb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 185 min manat və ya 1,7% çoxdur. Cari ilin yanvar-mart aylarında SOCAR tərəfindən Fonda ödəniş 36 mln. 268 min manat təşkil edib ki, bu da 2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə 4 mln. 298 min manat və ya 13,4% çoxdur.

Oilgas.az

348 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ