SOCAR gələn il Bakı-Novorossiysk kəməri ilə 1,3 mln. ton neft ixrac edəcək

SOCAR gələn il Bakı-Novorossiysk kəməri ilə 1,3 mln. ton neft ixrac edəcək

SOCAR və Rusiyanın “Transneft” şirkəti 2018-ci ildə Bakı-Novorossiysk kəməri vasitəsilə Azərbaycan neftinin ixrac olunmasına dair müqavilə imzalayıblar.

OilGas.az “APA”-ya istinadən xəbər verir ki, bu barədə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadə bildirib.

Onun sözlərinə görə, sənədə əsasən, qeyd edilən marşrut üzrə gələn il 1,3 mln. ton neft nəql olunacaq.

“Cari ildə Bakı-Novorossiysk kəməri vasitəsilə 1,3 mln. ton Azərbaycan neftinin ixracı nəzərdə tutulub”, – deyə idarə rəisi vurğulayıb.

Azərbaycan Bakı-Novorossiysk kəməri vasitəsilə 1997-ci ildən neft ixrac edir.

OilGas.az

219 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ