SOCAR ermənilərin çirkin kampaniyasının hədəfində

SOCAR ermənilərin çirkin kampaniyasının hədəfində

Azərbaycanın mənfur düşmənləri ölkəmizə qarşı çirkin təxribatlarına ara vermir.

OilGas.az xəbər verir ki, ermənilər bu dəfə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) gəlirlərinin silahlanma üçün istifadə edildiyini iddia ediblər.

SOCAR-ı hədəfə almaqla birbaşa Azərbaycana qarşı kampaniya başladan düşmənlərimiz “Facebook”da yaratdıqları səhifə vasitəsilə təxribat aparmaqda davam edirlər. Sözügedən məsələyə dərhal reaksiya bildirən SOCAR rəhbərliyi vətəndaşları səhifəni şikayət etməyə çağırıb:

“Aşağıda gördüyünüz səhifə SOCAR-ın əldə etdiyi gəlirlərlə Azərbaycan dövləti və ordusuna dəstək olması və bununla da, ermənilərin öldürülməsinə töhfə verməsini iddia edir.

Biz, hər nə qədər erməniləri narahat etsə də, dövlətçiliyimiz və ordumuzun daima yanında olmağa davam edəcəyik. Gəlin, bu kampaniyanın sonlandırılması üçün “Facebook”a şikayət etməklə, öz vətəndaş borcumuzu yerinə yetirək”.

Şikayət etmək üçün təlimatlar:

STOP SOCAR” səhifəsinin Paylaş (Share) düyməsinin yanındakı 3 nöqtə => Səhifəni şikayət et (Report page) => 2-ci sətir => 1-ci sətir => bitdi (Done)

OilGas.az

226 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ