SOCAR əməkdaşları xəsarət aldı

SOCAR əməkdaşları xəsarət aldı

Bu gün saat 13:50 radələrində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Geofizika və Geologiya İdarəsinin əməkdaşları “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Arya 141” qayığı ilə N.Nərimanov adına NQÇİ-nin ərazisində seysmik kəşfiyyat işləri apararkən qayıq idarəetməni itirib, 34 saylı meydançanın ayağına toxunub.

OilGas.az SOCAR-a istinadən xəbər verir ki, nəticədə qayıqda olan 7 nəfərdən 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili tibbi yardım maşınları ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.

OilGas.az

 

243 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ