SOCAR-da korrupsiya ehtimallarının araşdırılması üçün qaynar xətt açılıb

SOCAR-da korrupsiya ehtimallarının araşdırılması üçün qaynar xətt açılıb

“SOCAR-ın davamlı inkişaf hesabatı, illik hesabat və maliyyə hesabatı nüfuzlu audit şirkəti Ernst&Young tərəfindən, mütəmadi olaraq, yoxlanılır və təsdiqlənir”

OilGas.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində deyib. SOCAR prezidenti qeyd edib ki, tərəfdaşlarla və ictimaiyyətlə əlaqələr sahəsində, şirkətin kommersiya maraqlarını qorumaqla, şəffaflığın təmin edilməsi üçün hər il şirkət tərəfindən korporativ fəaliyyət haqqında təfsilatlı hesabatlar dərc edilir:

“SOCAR-ın davamlı inkişaf hesabatı, illik hesabat və maliyyə hesabatı nüfuzlu audit şirkəti Ernst&Young tərəfindən, mütəmadi olaraq, yoxlanılır və təsdiqlənir. Bütün fəaliyyətlərdə daha yüksək səmərə əldə etmək üçün şirkət üzrə daxili nəzarət və risklərin idarə edilməsi sistemi təşkil edilmişdir. Mövcud və planlaşdırılan fəaliyyətlərdə risklərin səviyyəsi daim xüsusi struktur bölmələri tərəfindən təhlil edilir, bütün fəaliyyətlərdə risklərin azaldılması üçün zəruri tədbirlər görülür. Şirkətin struktur bölmələrində mütəmadi surətdə daxili auditlər həyata keçirilir. Vəzifə səlahiyyətlərindən sui-istifadənin qarşısını almaq, şirkət üzrə kollektiv ruhunu gücləndirmək və vahid korporativ dəyərləri tətbiq etmək üçün SOCAR-ın korrupsiya ilə mübarizə üzrə siyasəti, biznes etikası məcəlləsi kimi icbari standard sənədlər qəbul edilmişdir. Bu sənədlərin icrasını təmin edən qaydalar və mexanizmlər tətbiq edilmiş, şirkətdə korrupsiya və səlahiyyətlərdən sui-istifadə ilə bağlı ehtimalların araşdırılması üçün işçilərə daxili qaynar xətt açılmışdır”.

158 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ