SOCAR Ceyhan limanından nə qədər xam neft ixrac edib?

SOCAR Ceyhan limanından nə qədər xam neft ixrac edib?

SOCAR iyun ayında Novorossiysk limanından 159 min 826 ton, Supsa limanından 176 min 139 ton, Ceyhan limanından 1 milyon 429 min 248 ton xam neft ixrac edib.

OilGas.az SOCAR-a istinadən xəbər verir ki, ümümilikdə yanvar-iyun ayları ərzində Novorossiysk limanından 733 min 664 ton, Supsa limanından 1 milyon 315 min 184 ton, Ceyhan limanından 8 milyon 126 min 315 ton xam neft ixrac edilib.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

OilGas.az

186 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ