SOCAR bu il mədənçilərə 56 yeni quyu təhvil verib

SOCAR bu il mədənçilərə 56 yeni quyu təhvil verib

2017-ci ilin sentyabr ayı ərzində SOCAR tərəfindən (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 9979 metr qazma işi həyata keçirilib.

SOCAR-dan OilGas.az-a verilən məlumata görə, bu sahədə görülmüş işlərin 9042 metri istismara, 937 metri isə kəşfiyyata aid olub.

Ümumiyyətlə, 2017-ci ilin yanvar-sentyabr aylarında SOCAR üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 103625 metr qazma işi görülüb ki, bunun da 96250 metri istismara, 7375 metri isə kəşfiyyata aiddir.

2017-ci ilin sentyabr ayında qazmadan alınmış 4, il ərzində isə 56 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

OilGas.az

229 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ