SOCAR bu il 38 yeni quyu təhvil verib

SOCAR bu il 38 yeni quyu təhvil verib

Bu ilin iyun ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 10 450 metr qazma işi həyata keçirilib.

OilGas.az SOCAR-a istinadən xəbər verir ki, bu sahədə görülmüş işlərin 10 111 metri istismara, 339 metri isə kəşfiyyata aid olub.

Ümumiyyətlə, bu ilin yanvar-iyun aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 73 789 metr qazma işi görülüb ki, bunun da 68 007 metri istismara, 5 782 metri isə kəşfiyyata aid olub.

Bu ilin iyun ayında qazmadan alınıb 8, il ərzində isə 38 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

OilGas.az

 

262 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ