SOCAR bu il 35,6 min metr qazma işi görüb

SOCAR bu il 35,6 min metr qazma işi görüb

Bu ilin mart ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 17 min 29 metr qazma işi həyata keçirilib.

SOCAR-ın mətbuat xidmətindən Oilgas.az-a verilən məlumata görə, bu sahədə görülmüş işlərin 14 min 825 metri istismara, 2 min 204 metri isə kəşfiyyata aiddir. Ümumiyyətlə, cari ilin yanvar-mart aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 35 min 613 metr qazma işi görülüb ki, bunun da 33 min 409 metri istismara, qalanı isə kəşfiyyata aid olub.

Mart ayında qazmadan alınan 4, il ərzində isə 17 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

392 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ