SOCAR alman şirkətinin Türkiyədəki səhmlərini alır

SOCAR alman şirkətinin Türkiyədəki səhmlərini alır

Alman nəhəngi “EWE AG”in tərkibində yer alan “EWE Turkey Holding” 2007-ci ildə daxil olduğu Türkiyə enerji bazarından çıxmağa hazırlaşır.

OilGas.az Türkiyə mətbuatına istinadən verir ki, “Bursagaz”, “Kayserigaz”, “EWE Enerji”, “Enervis” və “Millenicom” kimi şirkətlərlə ortaq olan “EWE Turkey Holding” hissələrini satmaq üzrə investorlarla keçirdiyi görüşləri demək olar ki, başa çatdırıb.

Alman nəhəngi ilə maraqlananlar arasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) də var. SOCAR-ın ən yaxın rəqibi son dövrdə enerji sahəsində də investisiyaları olan “Kolin”dir. Bu səhmlərin məbləğinin 200-250 milyon dollar oluğu bildirilir.

Trans-Anadolu qaz boru kəməri(TANAP) layihəsinin böyük səhmdarı olan SOCAR Türkiyədə enerji sektoruna milyardlarla dollarlıq investisiya yatırır. SOCAR-ın İzmirdə sınaq müddəti davam edən STAR Neft Emalı Zavodu bu ilin dördüncü rübündə fəaliyyətə başlayacaq. SOCAR-ın maraq dairəsində yer alan “EWE Enerji” illik 2-2.5 milyard kubmetrlik qaz tədarük həcmi ilə Türkiyənin ən böyük şəxsi topdan satış portfelini idarə edir. Məlumata görə, SOCAR bazarda nisbətən daha münasib qiymətə olan bu qazın önəmli hissəsini STAR NEZ-də istifadə etməyi planlaşdırır.

258 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ