SOCAR 60,7 min tonadək dizel yanacağı ixrac edib – Martda

SOCAR 60,7 min tonadək dizel yanacağı ixrac edib – Martda

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin mart ayında 60 min 674 ton dizel yanacağı, 3 min 960 ton təyyarə yanacağı, 7 min 912 ton yüksək təzyiqli polietilen, 2 min 355 ton mütləqləşdirilmiş izopropil spirti, 4 min 814 ton maye piroliz qətranı, 2 min 895 ton propilen və 3 min 895 ton butilen butadien fraksiyası ixrac edib.

Şirkətin mətbuat xidmətindən Oilgas.az-a verilən məlumata görə, ümumilikdə cari ilin yanvar-mart ayları ərzində 205 min 827 ton dizel yanacağı, 14 min 896 ton təyyarə yanacağı, 24 min 279 ton yüksək təzyiqli polietilen, 3 min 989 ton mütləqləşdirilmiş izopropil spirti, 17 min 212 ton maye piroliz qətranı, 11 min 188 ton propilen və 8 min 677 ton butilen butadien fraksiyası ixrac olunub.

Bu ilin mart ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) – 517,72 ABŞ dolları, təyyarə yanacağının – 475,47 dollar, dizel yanacağının – 448,48 dollar, yüksək təzyiqli polietilenin 1288 dollar, butilen butadien fraksiyasının 752,08 dollar, maye piroliz qətranının – 517,72 dollar, propilenin 865 avro, mütləqləşdirilmiş izopropil spirtinin 1330 avro təşkil edib.

Oilgas.az

421 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ