SOCAR 316 min ton dizel yanacağı ixrac edib

SOCAR 316 min ton dizel yanacağı ixrac edib

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ötən ay 52 min 640 ton dizel yanacağı, 3 min 479 ton təyyarə yanacağı, 7 min 471 ton yüksək təzyiqli polietilen, 286 ton mütləqləşdirilmiş izopropil spirti, 6 min 201 ton maye piroliz qətranı, 5 min 149 ton propilen və 3 min 152 ton butilen butadien fraksiyası ixrac edib.

OilGas.az SOCAR-a istinadən xəbər verir ki, ümumilikdə, bu ilin yanvar-iyun ayları ərzində 315 min 554 ton dizel yanacağı, 24 min 85 ton təyyarə yanacağı, 117 ton soba mazutu, 47 min 811 ton yüksək təzyiqli polietilen, 5 min 819 ton mütləqləşdirilmiş izopropil spirti, 34 min 301 ton maye piroliz qətranı, 22 min 157 ton propilen və 15 min 319 ton butilen butadien fraksiyası ixrac edilib.

Bu ilin iyun ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün)- 486,51 ABŞ dolları, təyyarə yanacağının – 444,80 dollar, dizel yanacağının – 409,64 dollar, 1 faizli kükürdlü mazutun – 286,89 dollar, yüksək təzyiqli polietilenin – 1175 dollar, butilen butadien fraksiyasının – 502,90 dollar, maye piroliz qətranının – 486,51 dollar, propilenin qiyməti – 840 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti – 1467,50 avro təşkil edib.

OilGas.az

309 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ