“Snam” TAP layihəsinin genişləndirilməsi ilə bağlı təklif irəli sürməyib

“Snam” TAP layihəsinin genişləndirilməsi ilə bağlı təklif irəli sürməyib

İtaliyanın “Snam” şirkəti “Qazprom”la danışıqlar zamanı Transadriatik Qaz Kəmərinin (TAP) genişləndirilməsi ilə bağlı heç bir təklif irəli sürməyib.

Bunu TAP-ın səhmdarlarından olan “Snam” şirkətinin rəsmi nümayəndəsi deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl “Kommersant” qəzetində “Qazprom”un Yunanıstan və İtaliyaya “Poseidon” kəməri vasitəsilə qaz ixrac etmək niyyətində olduğu barədə məlumat yer almışdı.

Məlumatda qeyd olunmuşdu ki, “Snam” rəhbərliyi bunun əvəzində TAP kəmərinin genişləndirilməsi məsələsini nəzərdən keçirməyə hazır olduğunu bildirib.(Trend)

OilGas.az

252 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ