Şist nefti 20 milyard dollarlıq səhvdir – ŞOK ETİRAF

Şist nefti 20 milyard dollarlıq səhvdir – ŞOK ETİRAF

Dünyanın ən nəhəng mədənçıxarma şirkəti “BHP Billiton Ltd” ABŞ şist neftinə 20 milyard dollar sərmaye yatırmaqla səhv edib.

OilGas.az Reuters agentliyinə istinadən xəbər verir ki, şirkətin direktorlar şurasının sədri Jak Nasser bu barədə öz təəssüfünü dilə gətirib.

“Əgər zamanı geri qaytarmaq imkanı olsaydı və əgər bu gün bildiyimizi, o zaman bilsəydik, əlbəttə ki, bunu etməzdik. Geri qayıdar və bu səhvi düzəldərdik”, -deyə sədr qeyd edib.

Elliott Management şirkətinin səhmdarı, BHP-nin səhmlərinin 4,1%-nin sahibi digər səhmdarları şist neft və qaz biznesini satmaq üçün inandırmağa çalışır.

Qeyd edək ki, 2001-ci ildə yaradılan BHP Billiton Ltd ABŞ şist biznesinə 2011-ci ildə daxil olub. Şirkət şist neft hasilatının inkişafına milyardlarla dollar sərmaye yatırıb. Neft qiymətlərinin ucuzlaşması isə təxminən 13 milyard dollar itkiyə səbəb olub.

OilGas.az

 

303 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ