““Şimal axını-2” Rusiyanın qisas planıdır” – Poroşenkodan şok açıqlama

““Şimal axını-2” Rusiyanın qisas planıdır” – Poroşenkodan şok açıqlama

“Rusiya “Şimal axını-2” qaz kəmərini Kiyevdən intiqam almaq üçün inşa edir”.

OilGas.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Petro Poroşenko məlumat verib. Onun sözlərinə görə, Rusiya bu yolla Stokholm arbitrajının “Qazpromla” mübahisədə  “Naftoqaz”ın xeyrinə qərar çıxarmasının qisasını alır.

Poroşenko qeyd edib ki, layihə iqtisadi və ya enerji məqsədləri daşımır, Ukrayna üçün ciddi hədə təşkil edir:

“Məqsəd Ukraynanı tranzitdən qazanacağı 2 milyard dollardan məhrum etməkdir. Bu, Stokholma görə qisasdır. Bu, qəti antikorrupsiya islahatlarına görə qisasdır”.

“Şimal axını-2” layihəsi Rusiya qazının Baltik dənizinin dibilə Almaniyaya nəqlini nəzərdə tutur. Boru kəmərinin uzunluğu 1220 kilometr, gücü isə ildə 55 milyard kubmetr olacaq. O Rusiya resurs bazası ilə Avropa istehlakçıları bazarını birbaşa əlaqələndirəcək. Obyektin tikintisi 2018-ci ildə başlayıb 2019-cu ilin sonunda başa çatmalıdır.

OilGas.az

 

254 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ