“Şimal axını-2” bütün Avropa İttifaqı üçün təhlükə daşıyır”

“Şimal axını-2” bütün Avropa İttifaqı üçün təhlükə daşıyır”

Ukrayna prezidenti Petro Poroşenko və Avropa İttifaqı Şurasının sədri Donald Tusk Rusiyanın “Şimal axını-2” qaz boru kəmərinin tikintisini müzakirə ediblər.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, Poroşenko layihənin bütün Avropa üçün təhlükə daşıdığını bildirib:

“Rusiyanın “Şimal axını-2” layihəsi təkcə Ukraynaya qarşı yox, bütün Avropa İttifaqına qarşı yönəldilmiş təhlükədir”.

Ukrayna prezidenti həmçinin qeyd edib ki, enerji diversifikasiyası və təhlükəsizlik, eləcə də səmərəli əməkdaşlıq Avropa İttifaqı və Ukrayna üçün aktual olaraq qalır.

“Şimal axını-2” layihəsi Rusiyadan Almaniyaya Baltik dənizinin dibi ilə gedəcək qaz nəqlini nəzərdə tutur. Kiyevdə layihə narahatlıqla qarşılanıb. Belə ki, bu, Ukraynanın Rusiya “mavi yanacağının” tranzitoru mövqeyinə ciddi ziyan vura bilər.

OilGas.az

440 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ