“Şimal axını-2” Avropa İttifaqını parçalamaq üçün vasitədir?

“Şimal axını-2” Avropa İttifaqını parçalamaq üçün vasitədir?

““Şimal axını-2” kommersiya layihəsi deyil”

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ukraynanın “Naftoqaz” şirkətinin lideri Andrey Kobolyev  bildirib. Onun sözlərinə görə, bu layihə Avropa İttifaqını parçalamaq üçün siyasi və geosiyasi vasitədir:

““Şimal axını-2” layihəsi başa çatmış sövdələşmə deyil. Bu, kommersiya layihəsi deyil. Avropa İttifaqını parçalamaq üçün siyasi və geosiyasi vasitədir. Bizim hamımıza B planı lazımdır”.

Bir müddət əvvəl, Ukrayna prezidenti Petro Poroşenko “Şimal axını-2” layihəsini “Rusiyanın Ukraynadan qisas planı” adlandırıb.

Qeyd edək ki, “Şimal axını-2” layihəsi Rusiya qazının Baltik dənizinin dibilə Almaniyaya nəqlini nəzərdə tutur. Boru kəmərinin uzunluğu 1220 kilometr, gücü isə ildə 55 milyard kubmetr olacaq.  Obyektin tikintisi 2018-ci ildə başlayıb 2019-cu ilin sonunda başa çatmalıdır.

OilGas.az

 

257 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ