Siluanov neft qiymətlərinə dair proqnozunu açıqladı

Siluanov neft qiymətlərinə dair proqnozunu açıqladı

Rusiyanın Maliyyə Nazirliyi 2018-ci ildə neft qiymətlərinin hazırki səviyyədə saxlanılacağını gözləyir.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib. O qeyd edib ki, gələn il “qara qızıl”ın qiyməti ölkə büdcəsində nəzərdə tutulandan daha yüksək olacaq.

Qeyd edək ki, Rusiyanın büdcəsində Urals markalı neftin bir barelinin dəyəri 40 dollardan götürülüb. Brent markalı neftin ötən həftə hərraclarda dəyəri isə 65 dollar olub.

Rusiyalı nazir bildirib ki, büdcə üçün aşağı qiymətlər əlavə risklərdən yayınmaq üçün qəbul olunub.

OilGas.az

403 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ