“Shell” neft emalı zavodunda işləri dayandırdı – Yanğına görə

“Shell” neft emalı zavodunda işləri dayandırdı – Yanğına görə

“Royal Dutch Shell” neft-qaz şirkəti Avropada nəhəng neft emalı zavodunda işlərin dayandırıldığını elan edib.

OilGas.az AFR agentliyinə istinadən xəbər verir ki, “Shell” elektrik stansiyasında baş verən yanğına görə zavodun ərazisində bütün obyektlərin bağlanması prosesindədir.

Şirkət nümayəndəsinin sözlərinə görə, işlərin bərpa prosesi bir neçə gün davam edə bilər.

Xatırladaq ki, yanğın ötən şənbə günü Niderlandın Rotterdam şəhərində yerləşən zavodun ərazisində qeydə alınıb. Yanğın bazar günü səhər saatlarında söndürülüb.

OilGas.az 

 

260 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ