Səudiyyə Ərəbistanının neft hasilatı yenidən gündəlik 10 milyon barreli ötüb

Səudiyyə Ərəbistanının neft hasilatı yenidən gündəlik 10 milyon barreli ötüb

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) ən böyük istehsalçısı Səudiyyə Ərəbistanının neft hasilatı fevralda yenidən gündəlik 10 milyon barreli ötüb. Bu da o deməkdir ki, Səudiyyə Ərəbistanı yanvarda azaltdığı neftin üçdəbirini yenidən istehsal edib.

AZƏRTAC xəbər verir ki, rəsmi Ər-Riyadın OPEC-ə göndərdiyi rəqəmlərdə Səudiyyə Ərəbistanının fevralda gündəlik neft hasilatını 263 min 300 barrel artıraraq gündəlik 10,11 milyon barrelə çatdırdığı bildirilir.

Lakin OPEC-in bu gün yaydığı aylıq proqnoz hesabatına görə, fevralda Səudiyyə Ərəbistanında neft hasilatı yanvarla müqayisədə 68 min barrel azalaraq 9 milyon 797 min barrelə düşüb. Bu da onu göstərir ki, rəsmi Ər-Riyadın yaydığı rəqəm ilə OPEC-in açıqladığı rəqəm arasında uyğunsuzluq var.

Səudiyyə Ərəbistanı qlobal bazarda tarazlığın yaranması və OPEC-in neft hasilatının azaldılmasını nəzərdə tutan sazişi üzrə götürdüyü öhdəliyi yerinə yetirmək üçün yanvar ayında ehtiyac duyduğu həcmdən artıq neft hasil etməmək barədə qərar qəbul etmişdi.

OilGas.az

218 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ