Səudiyyə Ərəbistanının ikili standartları – ABŞ-a ucuz, Avropaya baha neft satacaq

Səudiyyə Ərəbistanının ikili standartları – ABŞ-a ucuz, Avropaya baha neft satacaq

Bu ilin sentyabr ayından etibarən Səudiyyə Ərəbistanı Avropaya ixrac etdiyi bütün neft növlərinin qiymətlərini bahalaşdıracaq.

OilGas.az xəbər verir ki, bu barədə ölkənin milli neft şirkəti “Saudi Aramco”dan məlumat verilib.

Əsas artım “Arab Extra Light” markalı neftdə müşahidə olunacaq. Aralıq dənizi ölkələrindən olan alıcılar üçün bu markalı neftin dəyəri hər barelə görə 1 dollar yüksələcək. Beləliklə, “Arab Extra Light” Brent markalı neftdən 1,35 dollar ucuz olacaq.

Şimal-Qərbi Avropa və Aralıq dənizi ölkələrinə tədarük olunan bütün digər Səudiyyə Ərəbistanı neft markalarının qiymətində artım hər barelə görə 0,1-0,8 aralığında dəyişəcək.

Asiya ölkələri üçün də “yüngül” növ neft markalarında bahalaşma olacaq. Bununla yanaşı, sentyabr ayından etibarən “Arab Heavy” hər barelə görə 0,2 dollar ucuzlaşacaq.

ABŞ-dan olan alıcılar üçün “Arab Extra Light” markalı Səudiyyə Ərəbistanı nefti 0,1 dollar ucuzlaşacaq. Digər markalı neftlər isə 0,1 dollar bahalaşacaq.

OilGas.az

232 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ