Səudiyyə Ərəbistanından ABŞ-a böyük zərbə – Neft ixracı 30 illik minimuma endirildi

Səudiyyə Ərəbistanından ABŞ-a böyük zərbə – Neft ixracı 30 illik minimuma endirildi

Səudiyyə Ərəbistanı ABŞ-a neft və neft məhsulları ixracını böyük həcmdə azaldıb.

OilGas.az xəbər verir ki, ötən cümə günü dərc edilən rəsmi məlumatlara əsasən, Səudiyyə Ərəbistanından ABŞ-a tədürük edilən neft və neft məhsullarının həcmi 30 illik minimuma enib.

Bəzi ekspertlər hesab edirlər ki, sözügedən rəqəmlər Səudiyyə Ərəbistanının ABŞ-da yığılmış neft ehtiyatlarının azaldılmasına istiqamətlənmiş siyasətini əks etdirir.

Belə ki, ABŞ Energetika Nazirliyinin məlumatlarına əsasən, ölkə iyul ayında Səudiyyə Ərəbistanından gündəlik ortalama 795 000 barel neft idxal edib. Bu isə 1987-ci ildən indiyə qədər sözügedən ay üçün minimal göstəricidir.

Xatırladaq ki, mart ayında Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih ABŞ-a “qara qızıl” ixracını böyük həcmdə məhdudlaşdıracağını vəd etmişdi.

OilGas.az

286 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ