Səudiyyə Ərəbistanına məxsus neft tankerində yanğın – Göyərtəsində 25 nəfər var

Səudiyyə Ərəbistanına məxsus neft tankerində yanğın – Göyərtəsində 25 nəfər var

160 ton neft daşıyan tanker alışıb.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Yaponiya sahilləri yaxınlığında baş verib. İlkin ehtimala görə, yanğın neft tankerinin mühərrik hissəsində başlayıb.

Yaponiya sahil mühafizə xidməti yanan tankerin heyətinə yardım etməsi üçün vertolyot və 4 patrul gəmisi göndərib.

Xəsarət alanlar və neft dağılmasıyla bağlı hələ ki məlumat yoxdur.

Qeyd edək ki, 332 metr uzunluğu olan tanker Baham adalarının bayrağı altında üzüb. Tanker Səudiyyə Ərəbistanından Yaponiyaya 160 min ton neft daşıyıb. Gəminin şəxsi heyəti 25 nəfər Hindistan vətəndaşından ibarətdir.

2629 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ