Qiymətli Kağızlar
-
TRYnan%
-
USDnan%
-
EURnan%
-
GBPnan%
-
RUBnan%
Qiymətli Metallar
-
Qızılnan%
-
Platinnan%
-
Gümüşnan%
-
Palladiumnan%
Səudiyyə Ərəbistanı neft hasilatına 300 milyard dollar sərmaye yatıracaq
Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Arabian Oil Co.” (Saudi Aramco) 10 il ərzində neft hasilatına 300 milyard dollar sərmayə yatırmağa hazırlaşır.
OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə şirkətin Baş direktoru Amin Nasser məlumat verib.
Onun sözlərinə görə, neft sahəsi hələ uzun illər energetikada mərkəzi yer tutacaq. Belə ki, alternativ enerji mənbələrinə keçid uzun və çətin olacaq.
Nasser qeyd edib ki, “Saudi Aramco” 10 il ərzində gündəlik təbii qaz hasilatını 23 milyard kubmetrə qədər artırmaq istəyir. Bunun nəticəsində ölkədə elektrik enerjisinin təxminən 70 faizi qazdan istehsal olunacaq. Bu, bütün G20 ölkələri arasında ən böyük göstəricidir.
OilGas.az
MÜZAKİRƏ