Səudiyyə Ərəbistanı ABŞ-a neft nəqlini kəskin azaldır – 30 ilin minimal həddi

Səudiyyə Ərəbistanı ABŞ-a neft nəqlini kəskin azaldır – 30 ilin minimal həddi

Səudiyyə Ərəbistanı iyulda ABŞ-a neft nəqlini böyük həcmdə azaldacaq.

OilGas.az “The Wall Street Journal”a istinadən xəbər verir ki, neft tədarükü 1988-ci ildən bəri minimal həddə endiriləcək.

Bu o deməkdir ki, iyun ayında rəsmi Ər-Riyad Vaşinqtona gündəlik təxminən 850 min barel neft satacaq. Hazırda isə bu rəqəm sutkada təxminən 1 milyon barelə bərabərdir.

Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco” daha sonra neft tədarükünü gündəlik daha 100 min barel azaltmaq istəyir. Beləliklə, avqust ayında Səudiyyə Ərəbistanından ABŞ-a neft nəqlinin həcmi 2009-cu ildən etibarən minimal həddə olacaq.

OilGas.az

 

209 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ