Şərqi Arktikada ilk neft yatağı kəşf edildi

Şərqi Arktikada ilk neft yatağı kəşf edildi

“Rosneft” “Mərkəzi Olqinsk-1” kəşfiyyat quyusunun qazılması zamanı ilk neft yatağını kəşf edib.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, Şərqi Arktikada Laptevlər dənizində kəşf olunan yatağın resurs potensialının həcmi hələ ki məlum deyil.

Qeyd edək ki, bu ilin aprelində “Rosneft” Rusiyanın arktik şelfində “Mərkəzi Olqinsk-1” quyusunu qazmağa başlayıb. Kəşfiyyat qazmalarına startı Rusiya prezidenti Vladimir Putin “Rosneft” rəhbəri İqor Seçinlə telekörpü zamanı verib.

Seçin qeyd edib ki, mütəxəssislərin qiymətləndirməsinə əsasən, təkcə Laptevlər dənizində resurs potensialı 9,5 milyard ton neftə bərabərdir.

OilGas.az

 

241 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ