Serbiyanın “Türk axını”ndan gözləntiləri – Tranzit ölkə olmaq istəyir

Serbiyanın “Türk axını”ndan gözləntiləri – Tranzit ölkə olmaq istəyir

Serbiya hakimiyyəti “Türk axını” qaz kəməri xətlərindən birinin öz ölkəsindən keçməsini gözləyir.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç bildirib.

“Serbiya ümid edir ki, xətlərdən biri ölkə ərazisindən və Qərbi Balkan ölkələrindən keçəcək. Belə variant ,şübhəsiz ki, ölkəmizin və regionun digər ölkələrinin maraqlarına cavab verir”, -deyə prezident qeyd edib.

A.Vuçiç bir müddət əvvəl bildirib ki, ölkə ərazisindən qazın nəqlina görə hər il 150 milyon avro qazana bilərdi.

Xatırladaq ki, Rusiya və Türkiyə “Türk axını” layihəsinə dair hökumətlərarası müqaviləni 2016-cı il oktyabrın 10-da imzalayıblar. Layihə Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək qaz boru kəmərinin tikintisini nəzərdə tutur. Boru kəmərinin birinci xətti türk bazarı, ikincisi isə Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulur. Hər bir xəttin illik qazötürmə gücü 15,75 milyard kubmetrdir.

OilGas.az

 

259 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ