Səngəçal terminalından ötən rüb nə qədər Şahdəniz qazı ixrac edilib? – Rəsmi

Səngəçal terminalından ötən rüb nə qədər Şahdəniz qazı ixrac edilib? – Rəsmi

Bu ilin 1-ci rübü ərzində AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.

Yataqlar blokunun operatoru “BP-Azerbaijan” şirkətindən OilGas.az-a verilən məlumata görə, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 30 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 50 milyon standart kubmetrdir.

1-ci rüb ərzində terminal üçüncü tərəf həcmləri də daxil olmaqla təqribən 71 milyon barel neft və kondensat, o cümlədən təqribən 63 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 8 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə və təqribən 0,4 milyon barel ayrıca kondensat ixrac kəməri vasitəsilə, ixrac edib.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

Rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 30 milyon standart kubmetr (təqribən 1,1 milyard standart kubfut) Şahdəniz qazı ixrac edilib.

 

987 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ