Səngəçal terminalından nə qədər neft və qaz göndərilib?

Səngəçal terminalından nə qədər neft və qaz göndərilib?

2017-ci il ərzində AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.

OilGas.az xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətindən bildirilib.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 30 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 50 milyon standart kubmetrdir.

İl ərzində terminal üçüncü tərəf həcmləri də daxil olmaqla təqribən 283 milyon barel neft və kondensat, o cümlədən 253 milyon bareldən artıq Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 28 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə və təqribən 2 milyon barel ayrıca kondensat ixrac kəməri vasitəsilə, ixrac edib.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

İl ərzində terminaldan həmçinin gündəlik orta hesabla 27,5 milyon standart kub metr (972 milyon standart kubfutdan artıq) Şahdəniz qazı ixrac edilib.

532 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ